
Smartfood sadəcə bir yemək çatdırılması xidməti deyil — insan sağlamlığını elmi prinsiplər və fərdi yanaşma ilə bərpa edən sağlam yaşam platformasıdır. Biz inanırıq ki, düzgün seçilmiş qida bədənin ən güclü dərmanıdır.
Gündəlik həyatda qarşılaşdığımız bir çox xroniki narahatlığın və xəstəliyin kökündə səhv qidalanma dayanır. Buna görə də biz təsadüfi pəhrizlər əvəzinə, tamamilə laboratoriya analizlərinizə və bədəninizin real ehtiyaclarına əsaslanan fərdi bitki mənşəli qidalanma modeli təqdim edirik.
İş prosesimiz peşəkar diyetoloq müayinəsi ilə başlayır: hər bir müraciət edən şəxsin laboratoriya analizləri dərinləməsinə incələnir, bədənindəki disbalans, xəstəlik riskləri və çatışmazlıqlar müəyyən edilir. Daha sonra xəstəliklərin qarşısını almaq və bədəni bərpa etmək üçün tələb olunan dəqiq mikro və makro qida dəyərləri hesablanır, fərdi qida proqramı hazırlanır.
Reseptlərimizdə istifadə olunan bütün inqrediyentlər təmizlik və keyfiyyət sınaqlarından keçirilir. Proqramınız sistemə inteqrasiya olunur və mütəxəssis nəzarəti altında hər gün təzə yeməkləriniz ünvanınıza çatdırılır.
Niyə Smartfood? Çünki yanaşmamız tam elmi və analitikdir — səhhətinizə uyğun gəlməyən heç bir inqrediyent rasionunuza daxil edilmir. İstehlak etdiyiniz hər porsiyanın təmizliyinə və təhlükəsizliyinə laboratoriya səviyyəsində zəmanət veririk. Kalori və qida dəyərlərini hesablamaq, yemək bişirmək qayğısını isə bizə həvalə edirsiniz.
Vizyonumuz — cəmiyyətdə şüurlu qidalanma mədəniyyətini formalaşdırmaq, xəstəliklərin dərmanlarla deyil, təbii və elmi əsaslı bitki qidaları ilə qarşısının alına biləcəyini hər bir müştərimizə yaşatmaqdır.